Bitkoin kriptovalyutasının qiyməti tarixində ilk dəfə olaraq 79 min dolları keçib. Bu, əvvəlki rekord olan 78 min dollardan yalnız dəqiqələr sonra baş verib.
“Report”un məlumatına əsasən, bitkoinin bu rekord səviyyəyə çatdığı məbləğ, Bakı vaxtı ilə saat 08:55-də “Bybit” kriptovalyuta birjasında qeydə alınıb və qiymət 79 min 331 dollara yüksəlib.