Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Abdurrəhim bəy Axverdov küçəsi arasındakı kəsişmədə aparılan təmir işləri səbəbindən 7 avtobus marşrutunun hərəkət sxemində dəyişikliklər edilib.
Dəyişikliklər və yeni marşrutlar
Daylinews-az.com xəbər verir ki, bu barədə Azərbaycanın Yerinüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Təmir işləri səbəbindən №3, №6, №10, №14, №17, №18 və №96 nömrəli avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilib.
Yeni hərəkət marşrutuna əsasən, avtobuslar gün boyu İnşaatçılar prospekti, Mətbuat prospekti, Şafaət Məhtiyev, Bəxtiyar Vahabzadə, Ayna Sultanova və Mikayıl Müşfiq küçələrindən keçəcəklər.





