G qrupunun həlledici görüşündə Misir və İran 1:1 hesablı heç-heçə edib. Bu nəticə Misirə 5 xalla ikinci yeri və 1/16 finala vəsiqə qazandırdı. İran isə 3 xalla üçüncü pillədə qərarlaşaraq ən yaxşı üçüncü komandalar sırasına düşmək ümidini saxladı.
Qarşılaşmada hesab erkən dəqiqələrdə açıldı. Misir Saberin qolu ilə önə keçsə də, İran qısa müddət sonra Rzaeianın dəqiq zərbəsi ilə tarazlığı bərpa etdi. İranlı Mehdi Taremi 11 metrlik cərimə zərbəsindən yararlana bilmədi. Oyunun 90+3-cü dəqiqəsində Şoca Xəlilzadənin vurduğu qol isə minimal ofsayd səbəbindən VAR yoxlamasından sonra ləğv edildi.
Belçika Yeni Zelandiyanı darmadağın etdi

G qrupunun digər matçında Belçika Yeni Zelandiya üzərində 5:1 hesablı parlaq qələbə qazanaraq 7 xalla qrupu lider kimi başa vurdu və pley-off mərhələsinə yüksəldi.
“Qırmızı şeytanlar”ın heyətində Leandro Trossard dubl etdi. Kevin De Bruyne, Romelu Lukaku və Aleksis Saelemaekers də fərqlənərək hesabı böyütdülər. Yeni Zelandiyanın yeganə qoluna Ben Just imza atdı.
DÇ-2026. G qrupu. 3-cü tur

İspaniya minimal hesabla qələbə qazandı

H qrupunun son qarşılaşmasında İspaniya Uruqvayı 1:0 hesabı ilə məğlub edərək 7 xalla qrup lideri oldu və pley-offa yüksəldi. Uruqvay isə cəmi 2 xalla turnirlə vidalaşdı.
Yeganə qolu ilk hissənin sonlarında Alejandro Baena vurdu. Uruqvay qapıçısı Fernando Muslera bu epizodda kobud səhvə yol verdi. Fasilədə Marselo Byelsa qapıda dəyişiklik etdi, əlavə olunmuş dəqiqələrdə isə Aqustin Kanobbio qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.
DÇ-2026. H qrupu. 3-cü tur






