Kamçatkada 30 iyul 2025-ci il tarixində baş verən güclü zəlzələdən sonra bir neçə yaşayış məntəqəsində fövqəladə vəziyyət (FHN rejimi) elan olunub.
Daylinews-az.com-un Rusiya FHN-in regional idarəsinə istinadən verdiyi məlumata görə, müvafiq sərəncamı vilayətin qubernatoru imzalayıb.
Sənəddə qeyd olunur ki, güclü seysmik hadisə səbəbindən binaların və tikililərin vəziyyətinin qiymətləndirilməsi zəruridir. Fövqəladə vəziyyət zonaları aşağıdakı əraziləri əhatə edir:
- Petropavlovsk-Kamçatski şəhər dairəsi
- ZATO Vilyuçinsk şəhər dairəsi
- Yelizovo rayonu: Yelizovo şəhəri, Nikolayevka kəndi, Paratunka kəndi, Razdolnı qəsəbəsi, Termalnı qəsəbəsi, Sosnovka kəndi





