Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib və iclasda bir sıra əhəmiyyətli məsələlər müzakirə olunub.
Daylinews-az.com xəbər verir ki, iclasda millət vəkilləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı təbrik ediblər.
İclas zamanı “Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” məsələ müzakirə olunub. Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun çıxışı zamanı banklar tərəfindən verilən kreditlərin orta və kiçik sahibkarlara sərf etmədiyini vurğulayıb və kredit faizlərinin endirilməsinin vacibliyini qeyd edib.
Digər müzakirələrdə isə valyutadəyişmə məntəqələrinin sayının azlığı diqqətə çatdırılıb. Eyni zamanda, deputat Bəxtiyar Əliyev kəndlərdə bankomatların sayının artırılmasını təklif edib, çünki kənd sakinlərinin bank xidmətlərinə əlçatanlığı zəifdir. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Azərbaycanda əhalinin banklara etimadı məsələsinin də əhəmiyyətini vurğulayıb.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa müəllimlərin iş yerlərinə uzaq məsafələrdən getməsinin tıxac problemində rol oynadığını qeyd edib.
Müzakirələrin sonunda Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlərini təsdiqləyib. Həmçinin, hakimlərin seçilmə prosesinin test imtahanı, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarət olması barədə qanun layihəsi son oxunuşda qəbul edilib. Qarabağ və Şərqi Zəngəzurdakı aqrar təyinatlı torpaqların icarəyə verilməsi, hərbi xidmətdən ehtiyata buraxılanların toplanışlara çağırılması müddəti və “Kredit büroları haqqında” qanuna dəyişikliklər də təsdiq olunub.