Dünya bazarında Azərbaycan neftinin “Azeri Light” markasının qiyməti 1,39 ABŞ dolları, yaxud 1,8 % azalaraq 75,36 ABŞ dollarına düşüb.
Daylinews-az.com xəbər verir ki, bu məlumatı report-a neft bazarındakı mənbə təsdiqləyib.
Hərracların nəticəsinə əsasən, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 73,87 ABŞ dolları təşkil edib.
Azərbaycanın cari dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dolları nəzərə alınmaqla hesablanıb.
Qeyd edək ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları səviyyəsində qeydə alınıb, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dollarına çatmışdı. Azərbaycanda neft hasilatı əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda aparılır və bu müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.