21 oktyabrda NBA-in 80-ci mövsümü start götürür. Sənin üçün xüsusi olaraq turnirdə qələbəyə əsas namizəd olan beş komandanın MelBet baxışını hazırladıq.
Regulyar çempionatın startına bir neçə həftə qalmış MelBet analitikləri bütün 30 iştirakçının çempionluq şanslarını qiymətləndirdilər. Amma biz diqqəti yalnız «NBA. 2025/26. Qalib» marketindəki top-5 komandaya yönəldəcəyik.
- Oklahoma-Siti Thunder (əmsal 3.25)
Favoritlərin siyahısında mövcud çempion böyük fərqlə liderlik edir. Yay mövsüm fasiləsində klub rəhbərliyi heç bir yeni oyunçu ilə müqavilə imzalamadı, lakin ötən mövsümün qəhrəmanları ilə sözləşməni uzatdı: Shai Gilgeous-Alexander (4 il), Jaylin Williams (3 il), Chet Holmgren və Jalen Williams (5 il). Komandanı isə Dillon Jones tərk etdi və o, Washington Wizards-a keçdi.
Tander çempion komandanı qoruyub saxladı, amma NBA qalibi üzərinə uzunmüddətli mərc edərkən son yeddi ilin tendensiyasını nəzərə almaq lazımdır – 2019-cu ildən bəri heç bir komanda ardıcıl iki dəfə çempion ola bilməyib.
- Denver Naggets (əmsal 8.10)
Üç il əvvəlki uğuru təkrarlamaq üçün Nuggets heyətini gücləndirdi: New Orleans Pelicans-dan Bruce Brown və Detroit Pistons-dan Tim Hardaway Jr komandaya qoşuldu. Brooklyn Nets-dən Cameron Johnson isə Michael Porter Jr ilə aparılan mübadilə nəticəsində Denverin heyətində yer aldı. Təcrübəli Jonas Valančiūnas Nikola Yokici əvəzləmək üçün gətirildi. Klub rəhbərliyi litvalı mərkəz oyunçusunu Sacramento Kings-də karyerasını davam etdirəcək xorvat Dario Şariçə dəyişdi.
- Klivlend Kavalyers (əmsal 9.20)
LeBron James-in gedişindən sonra ilk dəfədir ki, Kavalyers öz konfransının favoritinə çevrilib. Ötən mövsümdə onlar inamla regulyar mövsümü qazandılar, lakin konfransın pley-off yarımfinalında sensasiyalı şəkildə gələcək çempion – Indiana Peysers-ə uduzdular. Klevelandda heyətdə minimal dəyişikliklər baş verdi: Isaac Okoro Chicago Bulls-a Lonzo Ball müqabilində dəyişdirildi, Ty Jerome isə azad agent kimi Memphis Grizzlies-ə yollandı. Yenilər isə cəmi ikidir – Larry Nance Jr və Thomas Bryant. Cavaliers-in start beşliyində 30 yaşdan yuxarı heç bir oyunçu yoxdur və bu, baş məşqçi Kenny Atkinsonun əlində əsas üstünlükdür.
- New York Knicks (əmsal 9.70)
Ötən mövsümdə Knicks o vaxtkı mövcud çempion Boston Seltiks-i turnirdən kənarlaşdırdı, amma Şərq finalında Indiana qarşısında uduzdu. Mövsümarasında klub baş məşqçi Tom Thibodeau ilə yollarını ayırdı və onun yerinə Mike Brown dəvət olundu. Komandanın son nailiyyətlərini daha da yaxşılaşdırmaq gücü var, xüsusən də Jordan Clarkson və Guerschon Yabusele ilə imzalanan müqavilələr sayəsində. Bundan əlavə, həm klub sahibləri, həm də Nyu-York azərkeşləri Mikal Bridges-in nəhayət verilən etimadı doğrultmağa başlayacağına ümid edirlər.
- Houston Rockets (əmsal 9.70)
Rockets bu mövsümarasında ən səs-küylü transferi gerçəkləşdirərək Feniksdən əfsanəvi Kevin Durantı heyətə qatdı. 37 yaşlı veteran əla formada qalır və komandaya yüksək məhsuldarlıq qazandıracağı şübhəsizdir. Digər yeni oyunçu Dorian Finney-Smith isə müdafiəni gücləndirəcək. Ötən mövsümdə Hyuston Qərbdə ikinci yeri tutdu, amma pley-off-un ilk mərhələsində mübarizəni dayandırdı. Bu güclənmə ilə Fred VanVleet və onun komanda yoldaşları Oklahomaya ciddi rəqib ola və nüfuzlu kubok uğrunda mübarizə apara bilərlər.
Bu klublardan əlavə, basketbol həvəskarları bütün dünyada Los-Anceles Leykers və onun ulduz duetini diqqətlə izləyəcəklər. Ötən mövsümdə Luka Dončić və LeBron James kaliforniyalıları pley-off-a çıxarmağı bacardılar, amma ilk raundda mübarizəni dayandırdılar. Bu il isə onlar mövsümün əvvəlindən birlikdə oynayacaq və komandaları üçün daha çox oyun qazanmalı olacaqlar.NBA matçlarını MelBet az saytında və tətbiqində izləyin!





