Nyukasl futbol klubu tarixində ilk dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu. Komanda finalda Liverpulu 2:1 hesabı ilə məğlub edərək çempionluğunu elan etdi.
Final qarşılaşması Londonun “Uembli” stadionunda baş tutdu. Nyukaslın heyətində Dən Börn (45-ci dəqiqə) və Aleksandr İsak (53-cü dəqiqə) fərqləndi. Liverpulun yeganə qolunu Federiko Kyeza kompensasiya vaxtında vurdu.
Bu qələbə Nyukasl üçün tarixi əhəmiyyət daşıyır. Komanda 1976 və 2023-cü illərdə finala yüksəlsə də, qalib gələ bilməmişdi. Turnirin ən çox titula sahib olan komandası isə Liverpuldur (10 çempionluq). Liverpul 2024-cü ildə də bu kubokun sahibi olmuşdu.





