Azərbaycan çempionu “Qarabağ” bu həftə növbəti avrokubok qarşılaşmasına çıxacaq. Daylinews-az.com xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsinin V turunda Fransanın “Lion” klubu ilə üz-üzə gələcək.
UEFA oyundan öncə azarkeşlər arasında maraqlı sorğu keçirib. Qurumun rəsmi saytında aparılan səsvermədə iştirak edənlərin 84 faizi “Qarabağ”ın qalib gələcəyinə inanır. “Lion”un qələbəsinə isə cəmi 12 faiz səs verilib. Bu, iki komanda arasında azarkeşlərin gözləntilərində 7 qat fərq yaradır. Digər 4 faiz isə oyunun heç-heçə bitəcəyini düşünür.
Matç noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.