2026-cı il dünya çempionatının növbəti oyun günündə favoritlərdən biri olan Braziliya qələbə qazana bilməyib, Qətər isə son saniyələrdə vurduğu qolla vacib xalı hesabına yazdırıb.
B qrupunda keçirilən İsveçrə – Qətər qarşılaşması uzun müddət avropalıların üstünlüyü ilə davam edib. Matçın 17-ci dəqiqəsində Breel Embolo penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb. İsveçrəlilər sonadək üstünlüyü qorumağa yaxın olsalar da, əlavə vaxtda hər şey dəyişib.
90+4-cü dəqiqədə Buəlem Xuxi rəqib cərimə meydançasında hava topuna hamıdan yaxşı yüksələrək topu qapıdan keçirib və Qətərə məğlubiyyətdən qaçmaq imkanı verib.
Qətər – İsveçrə 1:1
Qollar: Buəlem Xuxi, 90+4 – Breel Embolo, 17 (pen.)
Bu nəticədən sonra qrupda maraqlı vəziyyət yaranıb. Daha əvvəl Kanada ilə Bosniya və Herseqovina da 1:1 hesablı heç-heçə etdiyindən, bütün komandalar ilk turdan sonra eyni sayda xala malikdir.
DÇ-2026, B qrupu

Vinisius Braziliyanı xilas etdi

C qrupunda isə Braziliya və Mərakeş milliləri qarşılaşıb. ABŞ-ın İst-Raterford şəhərindəki “MetLife Stadium”da baş tutan görüş qalibi müəyyənləşdirməyib.
Mərakeş yığması oyuna çox inamlı başlayaraq 21-ci dəqiqədə hesabı açıb. İsmael Saybari sürətli hücumun ardından fərqlənərək Afrika təmsilçisini önə keçirib.
Buraxılan qoldan sonra təşəbbüsü ələ alan Braziliya 32-ci dəqiqədə cavab verib. Vinisius Junior fərdi ustalığını nümayiş etdirərək tarazlığı bərpa edib. İkinci hissədə hər iki komanda ehtiyatlı futbol sərgilədiyindən hesab dəyişməyib.
Braziliya – Mərakeş 1:1
Qollar: Vinisius Junior, 32 – İsmael Saybari, 21
Beləliklə, mundialın daha bir oyun günündə həm Qətər, həm də Mərakeş sürpriz nəticələrə imza ataraq favoritlərə xal itkisi yaşadıblar.
DÇ-2026, C qrupu






