Tanınmış ispan məşqçi Pep Qvardiola indiyə qədər çalışdırdığı ən istedadlı futbolçunun adını açıqlayıb. Məşhur çalışdırıcı Lionel Messi ilə “Barselona” dövründə uzun illər işləməsinə baxmayaraq, bu dəfə “Mançester Siti”nin cinah oyunçusu Fil Fodeni ön plana çıxarıb.
Qvardiola fikirlərini belə ifadə edib:
“Bu sözləri mətbuat konfranslarında çox demişəm, amma bəlkə də ona şəxsən deməmişəm. Fil Foden mənim məşqçilik karyeramda gördüyüm ən istedadlı futbolçudur. Onun hər şeyi var ki, gələcəyin ən güclü oyunçularından birinə çevrilsin.”
Qeyd edək ki, Pep Qvardiola daha əvvəl Lionel Messini futbol tarixinin ən böyük oyunçusu kimi qiymətləndirmişdi. Lakin istedad baxımından o, Fodenin üstün olduğunu vurğulayıb, bu isə futbol ictimaiyyətində maraqlı müzakirələrə səbəb olub.





