EvSiyasətRəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək.

Daylinews-az.comun “Report”a istinadla yaydığı məlumata görə, Türkiyə lideri iyulun 4-də ölkəmizə bir günlük səfər planlaşdırır. Onun təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enəcək.

Səfərin əsas məqsədlərindən biri də İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak etməkdir. Sözügedən tədbirin iyulun 3-4-də Xankəndidə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu səfər Azərbaycan-Türkiyə əlaqələrinin strateji müttəfiqlik səviyyəsində inkişafını bir daha təsdiqləyən mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər