EvDünyaTrampın evsizlərlə mübarizə üçün təklif etdiyi mübahisəli plan

Trampın evsizlərlə mübarizə üçün təklif etdiyi mübahisəli plan

ABŞ Prezidenti Donald Tramp evsiz insanlarla bağlı ölkədə yeni yanaşma tətbiq etmək niyyətindədir. Əvvəlki siyasətdən fərqli olaraq, o, bu dəfə evsizləri sosial mənzillə təmin etmək əvəzinə, onların məcburi psixoloji və narkoloji müalicəyə cəlb olunmasını təklif edir.

Daylinews-Az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
“Prezident Tramp küçələrdəki evsizlərdən qurtulmaq üçün onları böyük düşərgələrə yerləşdirmək və məcburi psixiatrik və narkoloji müalicəyə cəlb etmək yolunu təklif edir”, – deyə telekanalın saytında bildirilir.

Hazırkı vaxta qədər ABŞ hökumətinin rəsmi siyasəti evsizlərin sosial mənzillə təmin olunmasına əsaslanırdı. CBS-in məlumatına görə, federal strukturlar bu siyasətin rəsmən dəyişdiyini bəyan etməsələr də, alternativ yanaşmalara açıqdırlar.

2024-cü ilin sonlarında yayımlanan hesabatda qeyd olunurdu ki, ABŞ-da evsizlərin sayı son 20 ilin rekord səviyyəsinə çatıb. Bloomberg agentliyi yazır ki, 2023-cü ilin yanvarında ölkədə 650 min evsiz qeydə alınmışdısa, 2024-cü ilin eyni dövründə bu rəqəm 772 min nəfərə yüksəlib.

Evsizliyin əsas səbəbləri arasında kirayə mənzillərin baha olması, əlçatan evlərin azlığı və ölkəyə gələn miqrantların sayının artması göstərilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər