Evİdman108 dəqiqə davam edən "Trabzonspor" - "Fənərbağça" matçında top cəmi 40 dəqiqə...

108 dəqiqə davam edən “Trabzonspor” – “Fənərbağça” matçında top cəmi 40 dəqiqə meydanda olub

Türkiyə Super Liqasının 11-ci həftəsində “Fənərbağça” komandası səfərdə “Trabzonspor” üzərində 3-2 hesabı ilə qalib gəldiyi oyunda topun meydanda qalma müddəti xüsusi diqqət çəkib.

Daylinews-az.com məlumat verir ki, uzatma dəqiqələri ilə birlikdə ümumilikdə 108 dəqiqə davam edən bu qarşılaşmada top cəmi 40 dəqiqə 1 saniyə ərzində oyunda qalıb.

Oyunun gedişində “Trabzonspor”un qazandığı ilk penalti zamanı qarşılaşma 7 dəqiqə 26 saniyə müddətində dayandırılıb.

Bu hadisə futbolsevərlər arasında geniş müzakirələrə səbəb olub, oyun tempi və effektiv vaxtın qısalığı barədə müxtəlif rəylər səsləndirilib.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər