Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən Daylinews-Az xəbər verir ki, 22 may tarixində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, bəzi saatlarda tutqun keçəcəyi, əsasən yağıntısız olacağı gözlənilir. Səhər saatlarında əsəcək mülayim şimal-qərb küləyi günorta saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron və Bakı üçün hava göstəriciləri:
- Gecə temperaturu: 15–17° isti
- Günorta temperaturu: 22–27° isti
- Atmosfer təzyiqi: 765 mm civə sütunu
- Nisbi rütubət: 50–60%
Bölgələrdə hava şəraiti:
Respublikanın rayonlarında əsasən yağıntısız hava müşahidə olunacaq. Lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Ayrı-ayrı yerlərdə duman gözlənilir. Mülayim şərq küləyi üstünlük təşkil edəcək.
Bölgələr üzrə temperatur:
- Gecə: 14–18° isti
- Günorta: 24–29° isti
- Dağlıq ərazilərdə gecə: 5–10° isti
- Dağlıq ərazilərdə günorta: 13–18° isti





