EvİqtisadiyyatBakıda Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Bakıda Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Bakıda ilk dəfə Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) keçirilir. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında reallaşır.

Forumun təşkilatçıları İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO)-dur. Strateji tərəfdaş qismində İtaliyanın məşhur konsaltinq qrupu “Ambrosetti – Avropa Evi” çıxış edir. Layihəyə həmçinin “Euronews” media platforması və “Sea Breeze” dəstək göstərir.

Bu mötəbər tədbir dövlət qurumlarının nümayəndələrini, biznes liderlərini və beynəlxalq investorları bir araya gətirir.

Forumun açılış panelində bir sıra yüksək səviyyəli qonaqlar çıxış edir:

  • Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov,
  • İqtisadiyyat naziri Mikayıl Cabbarov,
  • Monteneqro turizm naziri Simonida Kordiq,
  • Serbiya xarici və daxili ticarət naziri Yağoda Lazareviç,
  • tanınmış beynəlxalq maliyyə eksperti Nuriəl Rubini,
  • “Saudi Aramco Base Oil Co” şirkətinin Direktorlar Şurasının üzvü Mehdi əl-Adil,
  • “GenAI Works” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Stiv Nuri,
  • “FutureThink” şirkətinin CEO-su Liza Bodel.

Forum çərçivəsində qlobal maliyyə tendensiyaları, sərmayələrin artırılması imkanları, regionun iqtisadi inkişaf perspektivləri müzakirə olunacaq.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər