EvŞou-biznesRihanna üçüncü dəfə ana oldu: qızının adını açıqladı

Rihanna üçüncü dəfə ana oldu: qızının adını açıqladı

Məşhur dünya ulduzu Rihanna və onun həyat yoldaşı A$AP Rocky üçüncü dəfə valideyn olublar. Bu dəfə Barbadoslu müğənni qız övladı dünyaya gətirib. Rihanna sosial şəbəkə hesabında körpəsinin ilk fotolarını paylaşıb və qızının adını açıqlayıb. Uşağa Rocky Irish Mayers adı verilib.

Müğənni hamiləlik ərəfəsində verdiyi müsahibədə həmişə qız övladı istədiyini etiraf etmişdi. O, “Bütün hallarda xoşbəxt olacağam, çünki uşaqlar Tanrının hədiyyəsidir” – deyə bildirib.

Rihanna üçüncü dəfə ana oldu: qızının adını açıqladı

Rihanna hamiləliyini rəsmi şəkildə Met Gala 2025 tədbirində nümayiş etdirmişdi. Həmin vaxt A$AP Rocky də gecənin həmsədri olub. Reper o zaman emosional çıxış edərək, üçüncü dəfə ata olmağın “möhtəşəm bir hiss” olduğunu söyləyib.

Cütlüyün ilk iki övladı oğlandır: 2022-ci ildə Rza, 2023-cü ildə isə Riot Rose dünyaya gəlib. İndi isə ailə yeni üzv – sevimli qızları ilə daha da böyüyüb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər