Azərbaycan dövlətinin beynəlxalq aləmdə uzun illər aktiv rol oynamasını və qlobal iştirakçılar arasında körpü funksiyasını yerinə yetirməsini məmnunluqla qeyd edən Prezident İlham Əliyev, qarşıdan gələn COP29 konfransının uğurla keçirilməsinə ümidvar olduğunu ifadə edib.
Daylinews-az.com xəbər verir ki, bu fikirləri dövlət başçısı BMT Baş katibinin birinci müavini Amina Mohammed ilə görüşü zamanı bildirib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq sənədlərinin imzalandığını qeyd edərək, bu əməkdaşlığın COP29-un uğurla keçirilməsinə zəmin yaratdığını bildirib.
Prezident əlavə edib ki, ölkəmiz COP29 zamanı konsensus əldə edilməsi üçün ciddi səylər göstərir. O, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal əməkdaşlıq etdiyini, bu işlərin “troyka” formatında aparıldığını vurğulayıb.