EvHadisəProkurorluğa qəbul üçün test imtahanının keçirilmə vaxtı məlum olub

Prokurorluğa qəbul üçün test imtahanının keçirilmə vaxtı məlum olub

Bu il oktyabrın 10-da Baş Prokurorluq orqanlarına qulluğa qəbul üçün elan edilmiş müsabiqə çərçivəsində test imtahanı keçirilməsi planlaşdırılır. Məlumatına görə, imtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

İmtahan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 108 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda keçiriləcək. Namizədlər imtahana ən azı 1 saat əvvəl gəlib, “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən test imtahanının ödənişli olduğu bildirilib. Ödəniş oktyabrın 3-də saat 09:00-dan başlayaraq, 7-də saat 23:59-da sonuncu vaxtadək Dövlət İmtahan Mərkəzinin rəsmi saytı üzərindən həyata keçiriləcək.

İmtahan kompüter vasitəsilə elektron formada aparılacaq və onun sonunda namizədlər ekranda nəticələr barədə məlumat alacaq. Həmçinin məlumat-arayış şəxsi kabinetlərə də yüklənəcək. Namizədlər “Yaddaş kitabçası” və kompüterdən istifadə üçün təlimatla əvvəlcədən tanış olmalıdırlar.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər