2023-cü ilin oktyabrında NASA 16 Psixeya (16 Psyche) asteroidinə – Mars və Yupiter arasındakı orbitdə hərəkət edən, qızıl və metallarla zəngin nəhəng kosmik obyektə – missiyaya başlayıb.
Təxminlərə görə, o, təqribən 100,000 kvadrilyon dollar dəyərində qiymətli metallar ehtiva edə bilər və Yer sərhədlərindən kənarda gizlənən böyük sərvətlərin simvoluna çevrilmişdir.Lakin hələlik onu hasil etmək üçün heç kim cəhd göstərmir, The Daily Galaxy yazır. Kosmik resursların çıxarılması, texnoloji inkişaflara və özəl şirkətlərin artan marağına baxmayaraq, hələ də uzaq bir xəyal olaraq qalır.
Qızıl nəhəng göz önündədir
16 Psixeya asteroidinin diametri 226 kilometrdən artıqdır və alimlərə görə, bu, məhv olmuş protoplanetin açıq qalmış nüvəsi ola bilər. Daşlı asteroidlərlə müqayisədə Psixeya yəqin ki, əsasən dəmir, nikel, platin və palladium kimi nadir metallardan ibarətdir; bunlar elektronika və avtomobil sənayesi üçün həyati əhəmiyyət daşıyır.
“Düşünülməz təxmini dəyər”ə baxmayaraq, NASA-nın «Psyche» missiyası qətiyyən resurs hasilatına yönəlməyib. Alimlər planetlərin daxili laylarının necə formalaşdığını anlamaq istəyirlər və Psixeya – bəlkə də bir zamanlar gənc bir planetin “ürəyi” olmuş metal cismi – öyrənmək üçün unikal imkan yaradır.
Hasilat mümkündür, amma hələ məqsədəuyğun deyil
Mərkəzi Florida Universitetinin planetar fizika üzrə mütəxəssisi Filip Metsgerin sözlərinə görə, asteroidlərlə hasilat arasındakı texniki baryerlər çoxlarının düşündüyündən azdır.
“Asteroiddə hasilatla Yer üzərində hasilat arasındakı əsas fərq, aşağı cazibə qüvvəsinə və yüksək radiasiyaya davamlı avadanlıqlara ehtiyacdır,” – o qeyd edib.
Kosmosda işləyə bilən alətlər və robotlar artıq laboratoriyalarda yaradılıb və sınaqdan keçirilib. Lakin NASA-nın Texnologiya Hazırlıq Səviyyəsi (TRL) şkalasına əsasən, asteroid hasilatı üçün avadanlıqlar hazırda 3–5-ci səviyyələrdədir. Real missiyaya başlamaq üçün 6–7-ci səviyyələrə yüksəlmək tələb olunur, yəni sistemlər kosmosa yaxın şəraitdə sınaqdan keçirilməlidir.
“Texnologiya uçuşdan əvvəl 6–7-ci səviyyəyə qədər çatdırılmalıdır. Hazırda əsas çatışmayan – maliyyələşdirmədir,” – Metsger qeyd edib.
Özəl sektor orbitə çıxır
Dövlət agentlikləri tədqiqatlara fokuslanarkən, AstroForge və TransAstra kimi özəl şirkətlər artıq gələcəkdə kosmik resursların hasilatı üçün sistemlər hazırlayırlar. Lakin onların qarşısında maliyyə və logistika çətinlikləri dayanır.
Kolorado Mədənçilik Məktəbinin dosenti Kevin Kennon bildirib ki, metalları Yerdən çatdırmaq iqtisadi cəhətdən sərfəli olmaya bilər. O bildirib ki, bu ideya missiyaların yüksək xərcləri və platin qrupu kimi bəzi metalların bazar qiymətinin aşağı düşməsi səbəbindən iqtisadi cəhətdən “şübhəli” görünür.
Bunun əvəzinə, ekspertlərin fikrincə, daha perspektivli istiqamət resurslardan birbaşa kosmosda istifadə etməkdir. Məsələn, su ehtiyatlı asteroidlərin suyunu hidrogen və oksigenə ayıraraq raket yanacağına çevirmək, metallardan isə Yerdən material göndərmədən peyklərin və orbit konstruksiyalarının tikintisində istifadə etmək olardı.





