“YouTube” platformasının həmtəsisçisi Stiv Çen öz şirkətini “Google”a satdığına görə peşman olmadığını bildirib.
Daylinews-az.com xəbər verir ki, bu barədə o, Bakıda “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə keçirilən “INMerge” Innovasiya Sammitində çıxışı zamanı danışıb.
Stiv Çen qeyd edib: “Şirkəti “Google”a satdığım üçün peşman deyiləm. “Google” olmasaydı, “YouTube” bu qədər populyar olmazdı. Biz platformanı inkişaf etdirməyə çalışarkən pul itirirdik və illər lazım oldu ki, “YouTube” gəlirli bir şirkətə çevrilsin. “Google” onu aldıqdan sonra uzun müddət pul qazana bilmədi, lakin platformanı inkişaf etdirərək bugünkü uğuruna çatdırdı.”
O, həmçinin əlavə edib ki, hazırda “YouTube” çox geniş istifadəçi kütləsinə sahibdir: “İnsanlar “YouTube”dan böyük həzz alırlar. Hətta 3-4 yaşlı uşaqlar belə bu platformaya baxırlar. “YouTube” həm telefonda, həm də televizorda populyardır. İnsanların baxdığı kontent də zamanla dəyişir, məhz buna görə platforma daim yenilənir.”