2025-ci il Kimya üzrə Nobel mükafatı metal-organik struktur yaratdığı üçün Susumu Kitaqava, Riçard Robson və Omar Yaqhiyə verilib. Nobel Komitəsinin rəsmi sosial media hesabında yayılan məlumatda bildirilir ki, bu alimlər böyük molekulyar boşluqlara malik metal-organik karkaslar (MOF) inkişaf etdirərək, qazların və kimyəvi maddələrin hərəkətinə imkan yaradıblar. Bu yenilik sayəsində suyun səhradan toplanması, karbon qazının tutulması, toksik qazların saxlanması və kimyəvi reaksiyaların katalizində həll yolları tapılıb.
Nobel Komitəsinin Kimya üzrə sədri Xayner Linke açıqlamasında metal-organik birləşmələrin xüsusi imkanlarla fərdiləşdirilmiş yeni materialların hazırlanmasında inqilabi potensiala sahib olduğunu vurğulayıb.
2025-ci ildə mükafatı alan üç alim arasında mükafatın 11 milyon İsveç kronu (təxminən 1,1 milyon ABŞ dolları) məbləği bərabər paylanacaq.
Qeyd edək ki, oktyabr ayının əvvəlində digər sahələrdə Nobel mükafatlarının da qalibləri açıqlanıb. 6 oktyabrda fiziologiya və tibb üzrə, 7 oktyabrda isə fizika üzrə laureatlar elan edilərək görkəmli tədqiqatları tanınıb. Oktyabrın 9-da isə ədəbiyyat üzrə mükafat sahibləri müəyyənləşəcək.





