Peru Konqresi oktyabrın 9-dan 10-na keçən gecə keçirilən səsvermə nəticəsində ölkə Prezidenti Dina Boluartenin impiçmentinə qərar verib. Artan cinayətkarlıq problemi səbəbindən qəbul olunmuş bu qərar yekdilliklə təsdiqlənib.
Bu prosesdən sonra Konqresin sədri Xose Xeri Peru Respublikasının yeni prezidenti kimi and içib. O, rəsmi bəyanatında bildirib ki, “Prezidentin vəzifədən kənarlaşdırılması barədə qətnamə təsdiq olunub”.
Xose Xerin bu addımı ölkədə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir və səbəbləri geniş ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən diqqətlə izlənilir.





