EvTexnologiyalarDİN-dən əhaliyə kibertəhlükəsizliklə bağlı vacib xəbərdarlıq

DİN-dən əhaliyə kibertəhlükəsizliklə bağlı vacib xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları kibertalamalara qarşı diqqətli olmağa çağırıb. Nazirlikdən verilən açıqlamada bildirilir ki, dələduzlar istifadəçiləri zənglər, mesajlar və ya göndərdikləri linklərlə aldatmağa çalışırlar.

Onlar “mütəxəssislərimiz kartınıza kibermüdaxilə aşkarlayıb, vəsaitiniz təhlükə altındadır” kimi bəyanatlarla istifadəçilərdən bank kartının məxfi məlumatlarını tələb edirlər. Hətta görüntülü zəng edərək, telefon dilini dəyişdirib vəsaiti oğurlamaq məqsədilə istifadəçiləri aldatmaq mümkündür.

Nazirlik xüsusi olaraq vurğulayır ki, heç bir bank əməkdaşı vətəndaşlara zəng edib kart məlumatlarını, PİN, CVV, OTP kodlarını və ya tam kart nömrəsini tələb etmir, həmçinin bu məlumatları əldə etmək üçün link, sms və ya e-poçt göndərmir.

Bank işçiləri yalnız kartın ilk və ya son 4 rəqəmindən, əlaqə nömrəsindən və şəxsiyyət sənədinin FİN kodundan məlumat tələb edə bilərlər. Şübhə yarandıqda zəngi dərhal kəsmək və bu kimi halları müvafiq qurumlara bildirmək tövsiyə olunur.

DİN vətəndaşları kibertəhlükəsizliyə qarşı diqqətli olmağa və kart məlumatlarını qorumağa çağırır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər