Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş beynəlxalq konfrans təşkil edilir. Tədbirin mövzusu “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər”dir.
Konfrans Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlıq şəraitində keçirilir. Tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev, Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və digər nüfuzlu rəsmilər iştirak edirlər.
Konfransın məqsədi məhkəmə hakimiyyətinin müstəqilliyi və dövlət quruculuğundakı rolu barədə müzakirələr aparmaq, müxtəlif ölkələrdən olan mütəxəssislərlə təcrübə mübadiləsi etməkdir.





