EvİdmanAzərbaycan kişilərdən ibarət şahmat millisi dördüncü dəfə Avropa çempionu ola bilər

Azərbaycan kişilərdən ibarət şahmat millisi dördüncü dəfə Avropa çempionu ola bilər

Kişilərdən ibarət Azərbaycan milli komandası bu gün Gürcüstanın Batumi şəhərində keçirilən Avropa şahmat çempionatının IX turunda Serbiya ilə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli iştirak etdikləri turnirdə 8 turdan sonra 13 xalla Ukrayna ilə birgə liderdirlər. Komanda bu turdan qələbə ilə ayrılarsa, tarixində dördüncü dəfə Avropa çempionluğu titulunu rəsmiləşdirəcək.

Qeyd edək ki, Azərbaycan kişilərdən ibarət şahmat millisi daha əvvəl 2009, 2013 və 2017-ci illərdə bu nüfuzlu titula layiq görülüb.

Eyni zamanda, qadınlar yığması bu gün Polşa komandası ilə yarışacaq. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva kimi güclü xanım şahmatçılardan ibarət kollektiv 10 xalla turnirin altıncı pilləsində qərarlaşıb. Təəssüf ki, qadınlar komandası artıq medala sahib olmaq şansını itirib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər