Qazaxıstanda fizika müəllimi Boranbek Yerkinbek fizikanın mürəkkəb qanunlarını sadə şeylərlə izah etdiyi üçün Qaznet-in həqiqi uldusu oldu. Onun TikTok videosu artıq 7 milyonun üzərində baxış və minlərlə təşəkkür şərhindən (tələbələr, valideynlər və həmkarlardan) qazandı, bildirir Daylinews-az.com Liter.kz-ya istinadən.
Videoda müəllim hava dalğalanmalarının necə işlədiyini sadəcə plastik şüşələr, borular və bir neçə ev əşyası ilə göstərir. Sadə, lakin təsirli konstruksiya səs dalğalarının yayılmasını görnək asanlaşdırır – fizikanı heç sevməyənlər üçün belə maraqlı və başa düşülən.
“Əsas – sadəcə izah etmək deyil, göstərmək ki, uşaq elmi hiss etsin“, – deyir Boranbek Yerkinbek.
Sosial şəbəkə istifadəçiləri müəllimin yaradıcılığından heyran qalaraq onu “qazaxıstanlı Eynshteyn” və “fizikaya marağı qaytaran adam” adlandırırlar. Bir çoxu qeyd edir ki, bu cür pedagoglar yeni nəsil şagirdləri elmlərə həvəsləndirmək qabiliyyətinə malikdir.
Boranbekin videosu müasir texnologiyaların və sosial şəbəkələrin elmi populyarlaşdırma üçün güclü vasitə olması barədə parlaq nümunədir. Rəqəmsal təhsil dövründə bu cür yaradıcılıq yanaşmalar uşaqlarda və gənclərdə dəqiq elmlərə diqqəti cəlb etmək üçün xüsusilə vacibdir.





