Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Daylinews-az.com xəbər verir ki, bu Sərəncama əsasən, Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini 2020-ci ildə yaradılmış Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üzrə Komissiya əlaqələndirəcək.
Nazirlər Kabinetinə Milli Strategiyanın icrası ilə bağlı işlərin gedişi və hər il tədbirlərin icra vəziyyəti barədə Prezidentə hesabat vermək, habelə Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Milli Strategiyanın tədbirlərinin monitorinqi və qiymətləndirilməsi isə Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.