14 C
Baku
Cümə, Noyabr 8, 2024
EvSiyasətSahibə Qafarova və beynəlxalq konfransın iştirakçıları Emoməli Rəhmon ilə görüşüblər

Sahibə Qafarova və beynəlxalq konfransın iştirakçıları Emoməli Rəhmon ilə görüşüblər

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə keçirilən Beynəlxalq Parlament Konfransında iştirak etmək üçün Tacikistana işgüzar səfər edib.

Daylinews-az.com xəbər verir ki, bu gün Sahibə Qafarova və konfransda iştirak edən digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüblər. Tacikistan Prezidenti qonaqları salamlayaraq, beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bildirib və ölkəsinin Konstitusiyasının qəbulunun Tacikistanın inkişafına, parlamentarizm ənənələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb. O, Konstitusiyanın qəbulunu ölkədəki siyasi islahatların və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda ilk və davamlı addım kimi qiymətləndirib.

Emoməli Rəhmon, həmçinin ölkələr arasındakı əməkdaşlıq məsələlərinə toxunub, mədəni və tarixi oxşarlıqlara əsaslanan humanitar əlaqələrin vacibliyini vurğulayıb və qeyd edib ki, qanunvericilik orqanları bu proseslərin inkişafına əhəmiyyətli töhfələr verə bilər.

Görüş zamanı parlamentlərin beynəlxalq və regional parlamentlərarası strukturlar çərçivəsində əməkdaşlığına da diqqət yetirilib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər