2025-ci ilin son iki superayı 5 noyabr və 4 dekabr tarixlərində müşahidə olunacaq. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, bu hadisələr zamanı Ay qabaqkı görünüşündən 7-14 faiz iri və 15-30 faiz daha parlaq görünəcək.
5 noyabrda Yer ilə Ay arasındakı məsafə 356,832 kilometr, 4 dekabrda isə 356,961 kilometr təşkil edəcək. Ayın orbitinin elliptik forma alması səbəbindən Yer ilə Ay arasındakı məsafə dəyişkəndir və orbitin bu ən yaxın nöqtəsinə perigen deyilir. Bu zaman Ayın ən parlaq və böyük göründüyü fenomen – superay yaranır.
Növbəti oxşar astronomik hadisənin 2034-cü ilin 25 noyabrında baş verəcəyi proqnozlaşdırılır.





