EvCəmiyyətMəsim Məmmədov: Gələn il Laçının Bəylik kəndinə 91 ailənin köçürülməsi nəzərdə tutulur

Məsim Məmmədov: Gələn il Laçının Bəylik kəndinə 91 ailənin köçürülməsi nəzərdə tutulur

Laçının Bəylik kəndində tikinti və bərpa işləri davam edir və gələn il bu kəndə 91 ailənin köçürülməsi planlaşdırılır. Bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Daylinews-a müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, hazırda Laçının Bəylik və Güləbird kəndlərində aktiv tikinti işləri həyata keçirilir. M.Məmmədov qeyd edib ki, Sus və Zabux kəndlərində tikinti işləri başa çatıb, artıq Sus kəndinə 59 ailə, Zabux kəndinə isə 217 ailə köçürülüb. Gələn il isə Bəylik kəndinə 91 ailə köçürüləcək. Güləbird kəndində isə tikinti işlərinin 2025-2026-cı illərdə tamamlanması və sakinlərin köçürülməsi gözlənilir.

Məsim Məmmədov, həmçinin Laçın ərazisinin minatəmizləmə prosesindən bəhs edərək, ANAMA ilə birlikdə qiymətləndirmə işlərinin aparıldığını vurğulayıb. O, Laçında ANAMA-nın 160-a yaxın mütəxəssislə işlədiyini və bu ərazidə ANAMA-nın ən böyük düşərgələrindən birinin qurulduğunu bildirib. Minatəmizləmə işləri başa çatmayan ərazilərdə təhlükə qalmaqda davam edir və bu ərazilərə girişə icazə verilmir.

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində kəndlərdə tikinti işləri yalnız ANAMA tərəfindən ərazilər minadan təmizləndikdən sonra başlanır.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər