EvSağlamlıqATU-da akademik Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

ATU-da akademik Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Tibb Universitetində görkəmli alim, tanınmış cərrah və böyük ictimai xadim, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr edilən “Mustafa Topçubaşov: Akademik irs – 130” adlı elmi-praktik konfrans təşkil edilib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə universitetin birgə səyi nəticəsində baş tutub.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin ehtiramla anılması ilə başlayıb. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tədbir iştirakçılarını salamlayaraq bunu yalnız böyük alimin xatirəsini yad etmək yox, həm də tibb elmi və təhsili sahəsində dövlətin davamlı dəstəyinin təntənəsi adlandırıb. O, Prezident İlham Əliyevin yubileyə dair sərəncamının ölkədə elmə və milli yaddaşın qorunmasına verilən xüsusi önəmin göstəricisi olduğunu vurğulayıb.

Rektor əlavə edib ki, akademikin təşəbbüsü ilə həyata keçirilən tibb təhsilində islahatlar, innovativ tədris metodları və praktik biliklər indi də ATU-nun əsas prinsipləridir.

Səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov Mustafa Topçubaşovun əməliyyatları, elmi yenilikləri və tədris metodlarını müəllimlərindən eşitdiyini bildirib. O, alimin Azərbaycanda bir məktəb yaradan önəmli şəxsiyyət olduğunu qeyd edib və konfransın uğurlu keçməsini arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında Topçubaşovun yaratdığı elmi məktəbin fərqliliyini vurğulayaraq, onun 1926-cı ildə Almaniyaya təcrübə keçməsi, orada əldə etdiyi biliklər əsasında Bakı şəhərində ilk elmi-metodiki cərrahiyyə mərkəzini qurduğunu xatırladıb. O, elmin inkişafındakı xidmətləri ilə Azərbaycan Milli Elmlər Akademiyasının əsas təməl daşlarından biri olduğunu bildirib.

ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan alimin həyatından danışaraq, onun elmə bağlılığının və Azərbaycanın elmi kimliyini təcəssüm etdirdiyini qeyd edib. Topçubaşovlar nəslinin ölkə tarixində və dövlətçilikdə böyük əhəmiyyəti olduğu və onların köklərinin XV-XVI əsrlərə, qədim türk torpağı İrəvana dayandığını bildirib.

Konfransda Mustafa Topçubaşovun Azərbaycan tibb elminin banilərindən biri, cərrahiyyə məktəbinin yaradıcısı və təhsil sahəsində islahatçı olması, rəhbərlik etdiyi tədqiqatların aktual qalması və gənc mütəxəssislər üçün nümunə kimi qalması vurğulanıb.

Əlavə olaraq, görkəmli alimin oğlunun bəstələdiyi musiqilər Xalq artisti Samir Cəfərov tərəfindən ifa olunub. Topçubaşovlar ailəsi adından Mərkəzi Klinikanın baş direktorunun müavini, Əməkdar həkim Ceyhun Topçubaşov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və tədbir təşkilatçılarına təşəkkürünü bildirib.

Konfransın açılışı ATU-nun rektoru professor Gəray Gəraybəylinin Ceyhun Topçubaşova xatirə hədiyyəsi təqdim etməsi ilə tamamlanıb. İki gün davam edən konfransda müxtəlif mövzularda panel sessiyaları keçiriləcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər