EvİqtisadiyyatABB-dən 8 Noyabr Zəfər Gününə özəl sosial kampaniya

ABB-dən 8 Noyabr Zəfər Gününə özəl sosial kampaniya

Azərbaycan Beynəlxalq Bankı (ABB) 8 Noyabr Zəfər Günü münasibətilə sosial məsuliyyət istiqamətli keşbek kampaniyasına start verib. 1-15 noyabr 2025-ci il tarixləri arasında ABB-nin kartları ilə edilən ödənişlərin keşbek bonusunun 10 AZN-ə qədər olan hissəsi Bank tərəfindən YAŞAT Fonduna köçürüləcək.

Kampaniya müştərilərə həm keşbek qazanmaq, həm də milli dəyərlərə xidmət edən YAŞAT Fonduna dəstək olmaq imkanı yaradacaq. İştirak etmək üçün ABB mobile tətbiqində “Paket seçimi” menyusundan “Zəfər paketi” aktivləşdirilməlidir.

“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanan qazilərin və şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədilə 8 dekabr 2020-ci il tarixli fərmanla yaradılıb. Fond, həmçinin vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləməklə dövlətin tədbirlərinə əlavə dəstək verir və şəffaflıq, hesabatlılıq, ictimai nəzarətin təmin olunmasına xüsusi önəm verir.

ABB-nin məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filiallarından, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 Məlumat Mərkəzi və sosial şəbəkələrdəki korporativ səhifələrdən əldə etmək mümkündür.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər