EvHadisəBakıda ağır yol qəzası: Tanınmış müğənni Vlada Axundova vəfat edib

Bakıda ağır yol qəzası: Tanınmış müğənni Vlada Axundova vəfat edib

Paytaxtın Səbail rayonunda baş vermiş ağır avtomobil qəzasında məşhur müğənni Vlada Axundovanın həyatını itirməsi ilə bağlı təfərrüatlar məlum olub. Məlumata görə, hadisə zamanı V.Axundova yol kənarında dayanmış avtomobilin içərisində olub və piyada vəziyyətində olmayıb.

Qəzada 2002-ci il təvəllüdlü Salyan rayon sakini Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı, 77-SJ-148 dövlət nömrə nişanlı avtomobillə, yol kənarında dayanan və Sadiq İsaqova məxsus “Toyota” markalı 01-CH-477 dövlət nömrəli avtomobili arxadan vurub. Hadisə Yeni Salyan Yolu 20 ünvanında (Dövlət Bayrağı Meydanının yaxınlığında) baş verib.

Qəzanın nəticələri və hadisənin digər detalları barədə əlavə məlumatlar verilməyib. Qəza ilə bağlı araşdırma aparılır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər