EvİdmanBakıda Vətən Müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” keçirilib

Bakıda Vətən Müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” keçirilib

Bakıda Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunan ənənəvi “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri təşkil olunub. Bu tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Qürurla irəli” devizi altında baş tutub.

Qaçışın başlanğıcında Dövlət Himni səsləndirilib və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürərək 10 km məsafə qət ediblər.

Təqribən 1700 iştirakçının qatıldığı yarışda kişilər arasında birinci yeri Bəxtiyar Əsgərli tutub. Onu Faqət Quliyev və Elşad Nəsibov izləyib. Qadınlar arasında isə ilk üçlükdə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova yer alıb.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak etmişdir. Qaliblərə mükafatlar Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Olimpiya çempionu və “İdman veteranları” İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, eləcə də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev tərəfindən təqdim edilib.

Qaçışdan sonra Dənizkənarı Milli Parkda təşkil edilən əyləncə zonasına keçilib və tədbir canlı konsert proqramı ilə davam edib. İştirakçılar tərəfindən toplanan vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən başlayaraq hər il keçirilən ənənəvi tədbir kimi Azərbaycan ictimaiyyətində xüsusi yer tutur.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər