EvMədəniyyətBakıda “Fərqliliyin rəngi” adlı festival təşkil edildi

Bakıda “Fərqliliyin rəngi” adlı festival təşkil edildi

Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalı müxtəlif dini icma və təşkilatları bir araya gətirib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi kimi 33 dini qurum iştirak edib.

Festivalın məqsədi Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm və dinlərarası harmoniyanı təbliğ etməkdir. Eyni zamanda, tədbir ölkəmizin zəngin mədəni və dini müxtəlifliyini, əsrlərboyu qorunmuş tolerantlıq ənənələrini və ictimai həmrəyliyini nümayiş etdirir.

Rəsmi və bədii proqramdan sonra bütün dini icma nümayəndələrinin iştirakı ilə birgə dua mərasimi keçirilib. Tədbir xatirə fotosunun çəkilməsi ilə sona çatıb.

Festival Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, “Global Media Group”un media tərəfdaşlığı ilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub. “Fərqliliyin rəngi” tədbiri ölkədə milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin təzahürüdür və insanların birliyini vurğulayır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər