Azərbaycanın Vaşinqtondakı səfirliyi ABŞ-ın Pensilvaniya ştatında yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edib. Bu xidmət ərazi üzrə vətəndaşların konsulluq prosedurlarına daha asan və sürətli çıxışını təmin etmək məqsədilə yaradılıb.
Filadelfiyada qurulan qərargahda 20-dən artıq vətəndaş bir sıra konsulluq xidmətlərindən yararlanıb. Onlar arasında ümumvətəndaş pasportunun yenilənməsi, “Qayıdış Şəhadətnaməsi”nin verilməsi, konsulluq qeydiyyatı və notariat xidmətləri yer alıb.
Səyyar konsulluq xidməti ABŞ-də yaşayan həmvətənlərin lazımi prosedurları daha operativ yerinə yetirməsinə şərait yaradır və əlçatanlığı artırır. Qeyd etmək lazımdır ki, bu sistem ilk dəfə “Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin” təşəbbüsü ilə fəaliyyətə başlayıb.
Artıq səyyar konsulluq xidmətləri bir neçə ildir ki, ABŞ-ın Nyu-York, Texas, İllinoys, Massaçusets və digər ştatlarında uğurla davam etdirilir. Bu təşəbbüs diasporanın ehtiyaclarına cavab olaraq vətəndaşlara rəsmi xidmətlərin çatdırılmasını asanlaşdırır.





