Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının uğurlu çıxışı davam edir. Bu gün ölkəmizin idmançıları üç fərqli növdə – stolüstü tennis, voleybol və muaytay üzrə yarışlara qatılacaqlar.
Təmsilçilərimiz mötəbər turnirin hər mərhələsində yüksək nəticələr əldə etməyi və ölkəmizə daha çox medal qazandırmağı hədəfləyirlər. Ölkə idmançıları artıq İslamiadada indiyədək 34 medala sahib olublar: 5 qızıl, 11 gümüş və 18 bürünc. Hazırda Azərbaycan medal sıralamasında yeddinci yerdə qərarlaşıb.
Turnirin yekun mərhələsinə az vaxt qalsa da, idmançılarımız növbəti uğurlar üçün inamla mübarizə aparmağa davam edirlər. Qeyd edək ki, yarışların sonu noyabrın 21-nə nəzərdə tutulub.





