EvCəmiyyətƏlillər üçün fövqəladə hallar sahəsində yeni rəqəmsal tətbiqlər hazırlanacaq

Əlillər üçün fövqəladə hallar sahəsində yeni rəqəmsal tətbiqlər hazırlanacaq

Fövqəladə Hallar Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanan 2025-2030-cu illəri əhatə edən Birgə Fəaliyyət Planı çərçivəsində, əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı hüquq və müdafiələrinin təminatı möhkəmləndiriləcək. Bu plan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə yönəlib.

Plana əsasən, əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün fövqəladə hallar zamanı davranış qaydalarını izah edən maarifləndirmə işləri aparılacaq. Eyni zamanda, FHN-nin xilasediciləri və yanğınsöndürənləri üçün əlillərə dəstək və yardımla bağlı ixtisasartırma təlimləri təşkil ediləcək.

Əlavə olaraq, “112” qaynar telefon xidmətinin əlillərdən gələn müraciətləri qəbul etmək üçün müasir texnologiyalarla təchiz olunması planlaşdırılır. Erkən xəbərdarlıq sistemlərinin yaradılması, o cümlədən SMS əsaslı bildirişlərin tətbiqi də nəzərdə tutulub.

Fövqəladə hallar zamanı əlillərin reabilitasiya və sosial xidmət müəssisələrinə təxliyəsi, qeydiyyatı və müvəqqəti yerləşdirilməsi kimi əməliyyatlar üçün məlumat mübadiləsinin effektiv təşkil edilməsi də fəaliyyət planının vacib hissələrindəndir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər