3 C
Baku
Çərşənbə axşamı, Dekabr 24, 2024
EvCəmiyyətŞimşək çaxıb, leysan yağıb – Faktiki hava

Şimşək çaxıb, leysan yağıb – Faktiki hava

Oktyabrın 15-i saat 09:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti-nin məlumatına görə, ölkə ərazisində əvvəlcədən proqnozlaşdırıldığı kimi qeyri-sabit və yağıntılı hava davam edib. Şimşək çaxıb, bəzi bölgələrdə leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Balakən-Şəki zonasında 17 mm, Quba-Qusarda 14 mm, Qarabağ və Şərqi Zəngəzurda 11 mm, Naxçıvanda 10 mm, Lənkəran-Astarada 9 mm, Bakıda və Abşeron yarımadasında 6 mm, Dağlıq Şirvan və Gəncə-Qazaxda 4 mm, Mərkəzi Aran rayonlarında isə 2 mm-dək təşkil edib.

Eyni zamanda Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Balakən, Şəki, Qax, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Yevlax, Lerik və digər bölgələrdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 11, Aran rayonlarında 15, dağlıq rayonlarda isə 8 dərəcəyədək isti qeydə alınıb.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər