2025-ci ilin III rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq halları 1 milyon 185 min 101 manat, ölkəxarici fırıldaqçılıq isə 308 min 668 manat ziyanla nəticələnib. Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, II rübə nisbətən ölkədaxili fırıldaqçılığın həcmi 3,4 dəfər çoxalıb.
Müqayisəli statistika və dinamika
Ölkədaxili fırıldaqçılıq hallarının sayı 3,9 dəfə artaraq 2 min 233-ə çatıb, ölkəxarici hallar isə 59,6% artıb. Ölkəxarici fırıldaqçılığın məbləği 28,4% azalsa da, sayı 7 min 669-a yüksəlib. Bu artım elektron ticarət və mobil tətbiqlərdən istifadənin genişlənməsi ilə bağlıdır.
III rüb ölkədaxili fırıldaqçılığın 39,4%-i hesab/kart məlumatlarının ələ keçirilməsi, 60,6%-i digər üsullarla baş verib. Ölkəxaricidə 73% kartın fiziki iştirakı olmadan, 27% digər hallarla qeydə alınıb. Elektron ticarət ölkədaxilində 98,9%, xaricdə 86,6% fırıldaqçılıq hallarına səbəb olub.





