Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı üzrə 2026–2029-cu illər Strategiyasında yeni startapların sayının dinamik artırılması prioritetləşdirilib. Planlaşdırılan hədəflərə görə, 2026-cı ildə 30, 2027-ci ildə 80, 2028-ci ildə 155 və 2029-cu ildə 250 yeni startap yaradılacaq ki, bu da yaxın 3 ildə ümumilikdə 300 startapın ekosistemə qoşulmasını təmin edəcək. Strategiya startap mədəniyyətinin inkişafı ilə yanaşı, innovativ layihələrin maliyyələşdirilməsi və beynəlxalq bazarlara çıxışını dəstəkləyən mexanizmləri gücləndirməyi nəzərdə tutur.
KOB və transformasiya proqramlarının hədəfləri
Eyni strategiyada rəqəmsal bazarlara çıxış əldə etmiş kiçik və orta bizneslərin (KOB) sayının 2026-cı ildə 20, 2027-ci ildə 50, 2028-ci ildə 100 və 2029-cu ildə 200-ə çatdırılması proqnozlaşdırılır. Rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı isə 2026-cı ildə 50, 2027-ci ildə 100, 2028-ci ildə 180 və 2029-cu ildə 300 olacaq. Bu hədəflər KOB-ların rəqəmsallaşma proqramları vasitəsilə rəqabət qabiliyyətini artırmaq, prosesləri optimallaşdırmaq və qlobal bazarlarda mövqelərini möhkəmləndirmək məqsədi daşıyır.





