Aktrisa Ülviyyə Xəlilbəyova, “Yalı çapkını” serialında baş rolu ifa edən Afra Saraçoğlu (Seyran) haqqında səsləndirdiyi fikirlərdən sonra tənqid hədəfinə çevrilib.
Daylinews-az.com-ın verdiyi məlumata görə, serialda qısa epizodik rolda çıxış edən Ülviyyə, Afra haqqında dediklərinə açıqlama gətirib:
“Bəzi xəbər səhifələrində yazılan şərhləri oxudum və çox güldüm. Əslində mən Afra haqqında “o məni qısqanır” deməmişəm. Bu barədə heç bir söz deməmişəm. Biz verilişdə başqa mövzunu müzakirə edirdik. Şərhlərdəki fikirlər məni çox təəccübləndirdi. Nə deyə bilərəm? Allah hər kəsin ürəyincə versin. Mən bu barədə susuram,” deyə Ülviyyə bildirib.
Qeyd edək ki, Ülviyyə daha əvvəl serialla bağlı suala cavab verərək, müqaviləyə görə bəzi detalları danışa bilmədiyini, lakin bir aktrisanın eqosu, hər kəsi alçaldan davranışları və mədəniyyətsiz danışıq tərzindən çox narahat olduğunu açıqlamışdı. Bu açıqlamaları ilə həmin aktrisanın Afra Saraçoğlu olduğunu təsdiqləmiş və “Afranı çox sevirdim, amma onu yaxından tanıyandan sonra gördüm ki, fərqlidir. O, mənə yaxınlaşaraq eqosunu göstərdi. Bu haqda danışmaq istəmirəm, amma onun davranış tərzini açıqlasam, xoş olmayacaq. Həddindən artıq kaprizli aktrisa idi,” ifadələrini işlətmişdi.