EvİdmanAzərbaycan boksçusu finalda erməni rəqibi ilə qarşılaşacaq - Avropa çempionatı

Azərbaycan boksçusu finalda erməni rəqibi ilə qarşılaşacaq – Avropa çempionatı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri baş tutub.

Daylinews-az.com-ın verdiyi xəbərə görə, Azərbaycan millisinin üç boksçusu yarımfinal mərhələsində qələbə qazanaraq finala yüksəlib.

Tural Sarıyev (48 kq) yarımfinalda Türkiyə təmsilçisi Samet Oruc Salihlə qarşılaşıb və 4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə İrlandiya təmsilçisi Luis Runi ilə qarşılaşacaq.

51 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov da yarımfinalda uğur qazanıb. O, Serbiya təmsilçisi Omer Ametoviçi 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Nicatın finaldakı rəqibi Ermənistan təmsilçisi Rudolf Qarboyan olacaq.

80 kq çəki dərəcəsində döyüşən Murad Allahverdiyev isə Serbiyalı Ahmed Mavriçi hər 3 raundda məğlub edərək yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, finalda Fransa təmsilçisi Sezar Yojerlinlə qarşılaşacaq.

Azərbaycan millisinin üzvləri Nicat Hüseynov və Murad Allahverdiyev oktyabrın 19-da, Tural Sarıyev isə oktyabrın 20-də final döyüşlərinə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan boksçusu Marjona Savriyeva (50 kq) Avropa çempionatında bürünc medal qazanıb.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər