Milli Məclisin bir qrup deputatı 27 oktyabr tarixində Özbəkistan Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə Daşkənd şəhərinə səfər edəcəklər.
Daylinews-az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputat Ağalar Vəliyev TÜRKPA xətti ilə, deputat Səbinə Salmanova MDB PA xətti ilə, deputatlar Qaya Məmmədov və Azay Quliyev ATƏT PA xətti ilə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına keçiriləcək seçkilərin hazırlıq səviyyəsi ilə tanış olacaqlar. Həmçinin, seçki məntəqələrində yaradılmış şərait, səsvermə günü vətəndaşların fəallığı və səslərin sayılması prosesi də deputatlar tərəfindən müşahidə olunacaq.
Deputatların səfəri oktyabrın 29-da sona çatacaq.