Bakı, 22 oktyabr — Dünya birjalarında neftin qiymətləri eniş göstərib.
Daylinews-az.com-un məlumatına görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar azalaraq 74,1 dollara düşüb. Eyni zamanda, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir bareli 0,06 dollar enərək 70,5 dollar olub.