5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvSiyasətRTÜK-ün sədr müavini: Naxçıvan Azərbaycana və türk dünyasına açılan qapıdır

RTÜK-ün sədr müavini: Naxçıvan Azərbaycana və türk dünyasına açılan qapıdır

Naxçıvan Azərbaycana və bütövlükdə türk dünyasına açılan qapıdır.

Bu sözləri Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) sədr müavini Orxan Karadaş “Daylinews-az”un yerli bürosuna açıqlamasında bildirib.

O, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü, Türkiyə Cümhuriyyətinin qurulmasının isə 101-ci ildönümünün əlamətdar tarixlər olduğunu vurğulayıb və bu münasibətlə Naxçıvanda keçirilən beynəlxalq tədbirləri yüksək qiymətləndirib.

“Türkiyədə təhsil alan 15 ölkədən olan 26 tələbənin qatıldığı “Gələcəklə ünsiyyət” adlı XIV beynəlxalq konfransın Naxçıvanda keçirilməsi böyük əhəmiyyət daşıyır. Tələbələrimiz maraqlı təqdimatlarla çıxış etdilər və bu tədbir iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək,” – deyə Karadaş qeyd edib.

O, həmçinin Naxçıvanın tarixi keçmişini və yetişdirdiyi böyük şəxsiyyətləri yad etmək imkanının olduğunu bildirib. Sabah Naxçıvan Dövlət Universitetində türk tarixi və mədəniyyətinin öyrənilməsinə həsr olunmuş beynəlxalq seminarın keçiriləcəyini də əlavə edib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər