5 C
Baku
Bazar ertəsi, Dekabr 23, 2024
EvİqtisadiyyatGömrük Komitəsi Sərhəddən Keçirilə Bilən Mallar Haqqında Məlumat Yaydı

Gömrük Komitəsi Sərhəddən Keçirilə Bilən Mallar Haqqında Məlumat Yaydı

Azərbaycanda 18 yaşına çatmış fiziki şəxslər gömrük sərhədindən keçərkən müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Bu barədə Dövlət Gömrük Komitəsi Daylinews-az.com-ə məlumat verib.

Şəxsi ehtiyacların təmin edilməsi üçün təyinatı kommersiya və ya istehsal məqsədi daşımayan şəxsi əşyalar və şəxsi istifadədə olan miqdarda dərman vasitələrinə görə gömrük ödənişləri tələb olunmur. Bununla yanaşı, vətəndaşlar gömrük qaydalarına uyğun şəkildə məhdudiyyətsiz olaraq nağd xarici valyutanı ölkəyə gətirə bilərlər. Ölkədən isə 10,000 dollar və ya 20,000 manat ekvivalentində xarici vəsaiti şifahi bəyan etməklə çıxarmaq mümkündür.

İstehsal və kommersiya məqsədi daşımayan aşağıdakı mallar (aksizli mallar və avtomobillər istisna olmaqla) güzəştli qaydada, yəni gömrük ödənişləri olmadan sərhəddən keçirilə bilər.

Qaydalara əsasən, hər təqvim ayı ərzində 18 yaşdan yuxarı şəxslər aşağıdakı məhsulları şəxsi istifadə üçün ölkəyə gətirə bilərlər:

  • 1,5 litr alkoqollu içki
  • 200 ədəd siqaret
  • 20 qram qızıl və ondan hazırlanan zərgərlik əşyaları
  • 0,5 karat emal olunmuş, çeşidlənmiş, çərçivələnmiş və bərkidilmiş almaz

Bu məhsullara aksiz vergisindən müəyyən edilmiş güzəştlər tətbiq edilir.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər