Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs COP29 konfransında iştirak edəcək. Latviyanı rəsmi nümayəndə heyəti təmsil edəcək.
Daylinews-az xəbər verir ki, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya konfransla bağlı fikirlərini bölüşüb: “Biz çox şadıq ki, COP29 konfransı Azərbaycanda keçirilir. Bu tədbirdə iqlim maliyyələşdirilməsi kimi mürəkkəb və vacib məsələlər müzakirə olunacaq. Bütün müzakirələrdə və tədbirlərdə iştirak etməyi planlaşdırırıq,” – deyə diplomat bildirib.