2026-cı il dünya çempionatının növbəti oyun günündə həm dramatik sonluq, həm də favoritlərin güc nümayişi diqqət çəkib. L qrupunda Qana son dəqiqələrdə vurduğu qolla Panamanı məğlub edərək vacib üç xal qazanıb. K qrupunda isə Kolumbiya mundial debütantı Özbəkistan üzərində inamlı qələbə qazanaraq turnirə uğurlu start verib.
Torontoda keçirilən Qana – Panama qarşılaşması uzun müddət qolsuz davam edib. Hər iki komanda ilk turda məğlubiyyət və ya heç-heçənin növbəti mərhələ şanslarına ciddi təsir göstərəcəyini anlayırdı. Bu səbəbdən görüş əsasən ehtiyatlı oyun və müdafiə mübarizəsi şəraitində keçib.
Matçın taleyi isə əlavə olunmuş dəqiqələrdə həll olunub. Qanalılar sol cinahdan təşkil etdikləri hücumu dəqiq tamamlayaraq rəqib qapısı qarşısında həlledici vəziyyət yaradıblar. Yirenki yaxın məsafədən topu qapıya göndərərək komandasına 1:0 hesablı qələbə qazandırıb. Bu nəticə Karloş Keyruşun yetirmələrini qrupda əlverişli vəziyyətə gətirib.
DÇ-2026. L qrupu, I tur

Diasdan qol və assist

K qrupunun digər qarşılaşmasında Kolumbiya yığması Özbəkistanı 3:1 hesabı ilə üstələyib. Meksikoda baş tutan oyunda dünya çempionatında ilk dəfə iştirak edən Özbəkistan millisi rəqibə ciddi müqavimət göstərsə də, təcrübəli kolumbiyalılar üstün tərəf olub.
Hesabı Munyos açdıqdan sonra Fayzullayev tarazlığı bərpa edib. Lakin ikinci hissədə Luis Dias həm qol vuraraq, həm də məhsuldar ötürmə ilə komandasının qələbəsində əsas rol oynayıb. Qarşılaşmanın sonlarında Kampas fərqi artıraraq yekun hesabı müəyyənləşdirib. Bu qələbə sayəsində Kolumbiya ilk turdan sonra K qrupunda zirvəyə yüksəlib.
DÇ-2026. K qrupu, I tur






